QMİ rəsmisindən etiraz: "Soyğunçuluq edirlər, bununla icra hakimiyyətləri məşğul olmalıdır"

QMİ rəsmisindən etiraz:
"Bir adam günah, yaxud da səhv edirsə, cəzasını çəkməlidir. İnsanları aldatmaq isə böyük günahdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi Hacı Fuad Nurullayev bəzi restoranlarda gündüz saatlarda 15 manata olan menyunun axşamlar iftar süfrəsində 25-55 manata təklif olunmasına münasibətində deyib. 

Hacı Fuad Nurullayevin sözlərinə görə, restoranlarda iftar süfrəsinin vətəndaşlara baha təklif edilməsi ilə bağlı icra hakimiyyətləri məşğul olmalıdır:
 "Həmin orqanlar restoranların fəaliyyətini tənzimləyir. Restoranların rəhbərliyindən soruşmaq lazımdır ki, sizin insafınız, ədalətiniz harada qalır? Bu restoranları işlədənlərdən soruşmaq lazımdır ki, niyə belə edirsiniz? Bu adamlar Ramazandan istifadə edib insanları aldadır, onlar günaha batır. İnsanlar, belə şeylər etməyin, günahdır. Dinimiz deyir ki, insanın bir məhsulu maya dəyərindən bir qat yarımdan satmaq hüququ yoxdur". 

Hacı Fuad Nurullayev özünün heç vaxt iftarını restoranlarda açmadığını vurğulayıb:

"İstisna hal ola bilər. Niyə getmirəm? Restoranda yeməklərin hansı yağla bişirildiyi bilinmir. O restoranlara getmək olar ki, orada işləyənləri tanıyasan, ortaya halal tikə qoysunlar qarşına". 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az