Qonşu ölkədə ayın 1-dən 4 uşaqlı sərnişinlər üçün nəqliyyat pulsuz olacaq...

Qonşu ölkədə ayın 1-dən 4 uşaqlı sərnişinlər üçün nəqliyyat pulsuz olacaq...
Moderator.az xəbər verir ki, "Armtimes" nəşrinin yaydığı məlumata görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
 

"Şəhər meriyası qərar verib ki, uşaqların böyük və ya azyaşlı olmasının fərqi yoxdur. Yəni sayı 4 olması məsələni həll edir. Əslində mən də o gün ictimai nəqliyyatdan pulsuz istifadə edə bilərdim, bilmədim və pul verdim, əbəs yerə xərc çəkdim”, - deyə o, zarafatla qeyd edib.
 
Xatırladılır ki, bu yaxınlarda İrəvan Ağsaqqallar Şurası nəqliyyat paketləri ilə bağlı layihəyə düzəlişləri müzakirə edərək qəbul edib. Şəhər merinin müavini Suren Qriqoryan bunları ətraflı izah edib .
 
Qərara əsasən sağlamlıq imkanları məhdud uşaqlar və 4 və daha çox uşağı olan vətəndaşlar da uşaqların yaşından asılı olmayaraq pulsuz gediş hüququna malik olacaqlar.
 
Qərar martın 1-dən qüvvəyə minəcək.
 
S.Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az