Qorbaçovun səhhəti pisləşdi

Qorbaçovun səhhəti pisləşdi

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Moskva şəhərinin xəstəxanalarından birinə yerləşdirilib.

 

Publika.az"LifeNews” kanalının saytına istinadən xəbər verir ki, keçmiş prezidentin səhhəti pisləşib.

 

Amma sabiq prezidentin rəhbəri olduğu "Qorbaçov Fondu”ndan bu informasiya təkzib olunub. "İndi onun kabinetindən çıxdım. Mixail Qorbaçov fondda, işdədir. Bir müddət sonra onun planlaşdırılmış görüşü başlanacaq”, - fondun mətbuat xidmətinin nümayəndəsi Vladimir Polyakov SİTA agentliyinə deyib.

 

Qeyd edək ki, Qorbaçov sonuncu dəfə 2014-cü ilin oktyabrında xəstəxanaya düşüb, ancaq bir neçə gün sonra çıxıb. O, bu vaxta qədər isə qan damarların bərpası və oynaqların müalicəsi üzrə iki tibbi kurs keçib.

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az