Quba-Xınalıq yolunda qar uçqunu: 8 kəndlə əlaqə kəsildi
Bu gün Quba-Xınalıq yolunun 37-ci kilometrliyində qar uçqunu baş verib. Uçqun səbəbindən 7 kəndlə əlaqənin kəsildiyi bildirilir.
"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli PBu gün Quba-Xınalıq yolunda qar uçqunu olub.
Miq.az APA-ya istinadən xəbər verir ki, uçqun magistralın 37-ci kilometrliyində baş verib.
Uçqun nəticəsində yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Xınalıqla bərabər yolun üzərində olan daha 7 kəndlə əlaqə kəsilib.
"Azəravtoyol” ASC-nin yerli qurumunun canlı qüvvəsi və ağır texnikası əraziyə cəlb olunub. Hazırda yolun təmizlənməsi istiqamətində işlər aparılır. açıqlamasında bildirib ki, hazırda yolun qardan təmizlənməsi istiqamətində iş aparılır: "Uçqun səbəbindən Xınalıqla yanaşı bir neçə kəndlə əlaqə kəsilib. Bu da təbii haldır. Lakin əməkdaşlarımız yolun qardan təmizlənməsi üçün hazırda ərazidədirlər”.
Miq.az