Qüdrət Həsənquliyevdən Əli Əsədova sual: "Quru sərhədləri nə vaxt açılacaq?"
"Hörmətli Əli müəllimə, (Əli Əsədov) mənim də hörmətim var, amma ona ünvanlanacaq suallarım da var.
Miq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
O, bildirib ki, cənab Prezident fevralın 14-də andiçmə mərasimində qeyd edib ki, Azərbaycanda yeni bir dövr başlayır: "Əli müəllimdən soruşmaq istəyirəm ki, bu dövr özünü nədə ehtiva edəcək və nədə göstərəcək? İkincisi, hökumət repititorluğun qarşısının alınması üçün hansısa addımlar atmaq barədə düşünürmü? Cənab Prezident söylədi ki, biz Türkiyə, türk dövlətləri ilə daha sıx inteqrasiya olunmalıyıq, bu baxımdan Türkiyə ilə ümumi bazar yaradılması barədə hər hansı bir ideya, düşüncələr, fikirlər varmı? Bundan başqa hesab edirəm ki, kasıb insanların nə Əli müəllimə, nə də bizim hökumət üzvlərinə heç bir pisliyi keçməyib. Ona görə soruşmaq istəyirəm: Quru sərhədləri nə vaxt açılacaq? Məsələn, insanlar nə vaxt qohumlarını ziyarət etmək üçün Gürcüstana gedə biləcəklər?”