Qum və Urmiya bombardman edildi: ölənlər var

Qum və Urmiya bombardman edildi: ölənlər var
İranın mərkəzində yerləşən Qum şəhərində yaşayış məntəqəsinə edilən hava hücumu zamanı ən azı 6 dinc sakin həlak olub.

Axar.az "Fars" agentliyinə istinadən xəbər verir ki, bu barədə Qum əyaləti rəhbərinin nümayəndəsi məlumat yayıb.

O əlavə edib ki, bombardmana məruz qalan Pardisan rayonunda 3 yaşayış binasına ciddi ziyan dəyib.

Həmçinin İranın şimal-qərbində yerləşən Urmiya şəhəri də ötən gecə bombardman edilib, nəticədə bir neçə nəfər həlak olub və yaralanıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az