"ATROPATENA" ZƏLZƏLƏLƏRİN PROQNOZLAŞDIRMASI STANSİYASI AZƏRBAYCANDAKI FƏALİYYƏTİNƏ SON QOYUR
Bu barədə baş ofisi Londonda yerləşən Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkənin (GNFE) mətbuat xidməti təşkilatın prezidenti Prof. Elçin Xəlilova istinadən məlumat yayıb.
“Vətəninfo.az” Elçin Xəlilovun bu məsələ ilə bağlı fikirlərini təqdim edir.
Elçin müəllim , bu qərarı kim və nəyə əsaslanaraq qəbul edib?
- "ATROPATENA" stansiyasının Azərbaycandan çıxardılaraq digər Avropa ölkələrindən birinə yerləşdirilməsi qərarı Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkənin özü tərəfindən stansiyaların yerləşməsinin optimallaşdırılması məqsədi ilə qəbul olunmuş qərardır. Məsələ burasındadır ki, beş "ATROPATENA" stansiyasının dördü düz xəttə yaxın qövsvari şəkildə yerləşirdirilib. Bu cür yerləşdirmə cox səmərəsiz hesab olunur. Buna görə də, Bakıda yerləşən stansiyanın qeydləri imkan vermir ki, GNFE öz imkanlarından maksimum şəkildə istifadə edib zəlzələlərin episentrlərinin yerləşməsini daha dəqiq proqnozlaşdırsın.
Belə çıxır ki, Azərbaycan ərazisinə zəlzələ proqnozlarının verilməsi dayandırılır?
- Təəsüf ki bəli. Belə ki, Qafqazda zəlzələ proqnozlaşdırması stansiyasının olmaması regionda zəlzələlərin proqnozunun dəqiqliklə verilməsinə imkan verməyəcək. Ancaq bu yalnız Azərbaycan ərazisinə aid deyil. Həmçinin, zəlzələlərin proqnozu 1 iyul 2012-ci ildən regionun digər ölkələrinə, xüsusən İran, Şərqi Türkiyə, Fars körfəzi ölkələri və digər Yaxın və Orta Şərq ölkələrinə təqdim olunmayacaq.
GNFE-nin Azərbaycan ərazisində öz fəaliyyətini nə vaxtsa bərpa edəcəyi gözlənilirmi?
-Əlbətdə. bu mümkündur. Ancaq bu məsələ artıq Azərbaycanın və digər ölkələrin aidiyyatı dövlət strukturlarından asılıdır.
GNFE –yə üzv ölkələrin sayı Azərbaycanda «ATROPATENA» stansiyasının bağlanması ilə əlaqədar dəyişəcəkmi?
-Əlbətdə ki xeyr. Belə ki , «ATROPATENA» stansiyası bağlanmır. Sadəcə digər bir Avropa ölkəsinin ərazisinə yer dəyişir.
Hansı sahələrdə GNFE-nin inkişafı planlaşdırılır?
- Hal-hazırda bizim tərəfimizdən yer sürüşmə zonalarına geodinamik nəzarəti həyata keçirən xüsusi «GeoDyn» stansiyaları hazırlanır.Bu stansiyaları bir şəbəkədə birləşdirən, sürüşmə zonalarının vəziyətinin böyük dəqiqliklə monitorinqini və proqnozunu həyata keçirən xüsusi kompleks proqram və rabitə sistemləri yaradılıb.
Sistem nəinki, sürüşmə zonalarının zəif hərəkətini, istiqamətini və sürətini təyin edir, həmçinin müxtəlif hissələrinin yamaclarını, hətta bəzi parametrlər sürüşmə mənşəyinin başlanğıcını göstərir, amma bu GNFE-nin NOW-HOW-dur. "ATROPATENA" stansiyaları kimi, «GeoDyn» sistemi stansiyaları da fasiləsiz olaraq bütün məlumatları internet vasitəsi ilə xüsusi məlumat bazasına ötürür və yer sürüşməsi təhlükəsi anında avtomatik olaraq nəzarət otağındakı xəbərdarlıq siqnalını işə salır.