Başlarında da Murad Dadaşov
Bu gün məşhur şoumen Murad Dadaşov və "Avroviziya" fan-klubu Bakı Şəhər Yol Polisi ilə birgə "Biz Zebranı görürük" adlı aksiyaya star verdi. «Vətəninfo”nun məlumatına görə, aksiyada Murad Dadaşov, fan-klubun üzvləri, piyadalar və media nümayəndələri iştirak edib. Aksiya Bakı şəhərinin magistral yolu sayılan və həmçinin sıx nəqliyyat hərəkəti müşahidə olunan yerdə keçirilib.
Aksiyanın keçirilməsində başlıca məqsəd nəqliyyat vasitələrinin sürücülərinə piyada keçidlərindən istifadə edən zaman piyadalara yol verməyi xatırtlatmaqdır. Aksiyanın əsas elementi isə "Zebra"dır. Belə ki, böyük ölçülü zebra kostyumu geyinmiş şəxs yoldakı hərəkəti bir neçə saniyəlik dayandıraraq nəqliyyat vasitələrinin əyləcə basmalarına səbəb olur və piyadaların rahat yolu keçmələrini təmin edir. Bununla da yol mədəniyyəti qaydalarını orijinal və əyləncləli şəkildə sürücü və piyadalara bir daha xatırlatmış olur. Qeyd olunan aksiya may ayına qədər şəhərin müxtəlif küçələrində davam etdiriləcək. "Avroviziya"nın rəsmi fan-klubunun üzvlərinin fikrincə, "Avroviziya" müsabiqəsinin keçirilməsinə 2 aydan az qalmış bir müddətdə, əhalinin yol mədəniyyəti, eyni zamanda bu kimi digər gündəlik həyatda problemlərə sıx rastlaşdığımız ictimai məsələlərdə əhalinin maarifləndirilməsinə böyük ehtiyac var. Bu istiqamətdə digər işlərin də aparılması fan-klub tərəfindən nəzərdə tutulub. "Avroviziya"nın Azərbaycandakı fan-klubu rəsmi olaraq 1 aprel 2008-ci il tarixində yaradılmışdır. Belqradda keçirilən fan-klubların görüşündə 38 ölkə OGAE Azərbaycanın Beynəlxalq OGAE sisteminə qoşulmağına səs verib.