Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsis etdiyi "Baku United" futzal klubu İngiltərə çempionu oldu. Belə ki, iyunun 1-də Londonun mərkəzi futzal arenasında İngiltərə Milli Futzal Liqasının "Dördlər Finalı"nda rəqiblərinə qalib gələn "Baku United" İngiltərənin ən güclü futzal klubu adını qazandı.
"Dördlər Finalı"nda "Baku United"dən başqa "Helvecia", "London United" və "Şeffild FK" klubları iştirak etmişlər.
Püşkatmanın nəticəsinə görə, yarımfinalda "Şeffild"lə qarşılaşan "Baku United" çətin qələbə qazanmışdır. Hesabı birinci hissədə "Şeffild" açmışdır. Böyük üstünlüyünə baxmayaraq, "Baku United" hesabı yalnız 2-ci hissənin ortalarında bərabərləşdirə bilmişdir. Oyunun son dəqiqələrində təzyiqi artıran "bakılılar" 2-ci hissənin sonuna 1 saniyə qalmış qələbə topunu vurmuşdur. Bu qələbə "Baku United"i finala çıxarmışdır.
Final oyununda isə "Baku United" son 5 sezonun qalibi olan və braziliyalı legionerlərdən ibarət "Helvecia" klubu ilə qarşılaşmışdır. Oyun olduqca mürəkkəb və ağır mübarizə şəraitində keçmişdir. Əsas vaxt 0-0 bitsə də, əlavə vaxtda Helvecia hesabı açmağa müvəffəq olmuşdur. Bununla belə, böyük azarkeş dəstəyinə malik olan "Baku Unitedi" 2-ci ekstra-taymın son dəqiqələrində bərabərlik qolunu vurmuşdur. Penallaşma seriyasında isə "Baku United" inamlı şəkildə 5-3 hesabı ilə qalib gəlmiş və İngiltərə çempionu adını qazanmışdır.
Beləlliklə, növbəti mövsümdə İngiltərəni UEFA kubokunda "Baku United" klubu təmsil edəcəkdir.
Elnur Eltürk
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ