"Azərbaycan Bakı-2015 Avropa Oyunları zamanı Avropa standartlarına uyğun olaraq qonaqları qarşılayacaq. Biz öz fəaliyyətimizlə avropalıları təəccübləndirəcəyik".
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu sözləri Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov "Günə Baxan" verilişində deyib.
O bildirib ki, Bakıda minlərlə küçə var və aidiyyatı orqanlar üzərinə düşən öhdəlikləri yerinə yetirərək şəhər yollarındakı problemləri aradan qaldıracaq: "Bəzən sürücülərin günahından problemlər yaranır. Piyadalar və sürücülər üzərinə düşəni etməlidir ki, şəhər nəqliyyatında problemlər yaranmasın. Avropa Oyunları zamanı yollarda ciddi nəzarət olunacaq və sərt cərimələr tətbiq olunacaq. Məsələn, "parkinq yoxdur" xidməti göstəriləcək. Belə olan halda vətəndaş avtomobilini həmin ərazilərdə saxlaya bilməyəcək. Biletlə yarış izləməyə gələn vətəndaş "park et və get" nişanı olan yerdən idman obyektinə ictimai nəqliyyatla gedəcək".
Nazirlik rəsmisi qeyd edib ki, taksilərə də ciddi nəzarət olunacaq. N.Həsənovun sözlərinə görə, taksilər idman arenalarına yaxın yerlərə gedə bilməyəcək: "Biz bunun üçün lazımi işlər görəcəyik. Yalnız "London taksiləri" yaxud oyunlar üçün xüsusi hazırlanan "Lifan" maşınları bu xidməti göstərə biləcək".
O, qeyd edib ki, bu günlərdə bir milyon insana biz xidmət göstəriləcək.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?