"DAK Azərbaycanın mövqeyini lazımi səviyyədə müdafiə edir"

"DAK Azərbaycanın mövqeyini lazımi səviyyədə müdafiə edir"

Dünən Dünya Azərbaycanlıları Konqresi (DAK) Birlik Qurultayına Hazırlıq Təşkilatı Komitəsi Belçikanın paytaxtı Brussel şəhərində baş tutmuş qurultayla bağlı mətbuat konfransı keçirib. Konfransda DAK-ın  idarə heyətinin üzvü Səttar Rəhimli, DAK-ın fəxri sədri, Böyük Britaniyada Edinburq Universitetinin  fəlsəfə elmləri doktoru Qulamrza Səbri Təbrizi, DAK- ın yeni seçilmiş sədri Mirəşrəf Fətiyev,  Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli, DAK-ın idarə heyətinin üzvü Cavad Derəxti və digərlərı çıxış ediblər.

Tədbirdə çıxış edən Edinburq Universitetinin fəlsəfə elmləri doktoru Qulamrza Səbri Təbrizi qeyd edib ki, Belçikada baş tutmuş qurultayda DAK-ın əsas məqsədi diaspor halında birləşərək xarici ölkələrdə Azərbaycanın mövqeyini müdafiə edib. Qarabağ və işğal olmuş torpaqlarımızın mənfur düşmənlərimizdən azad olunması istiqamətində uğurlu fəaliyyətini təmin etmək, Güneydə baş verən cinayətləri ifşa etmək və Güney Azərbaycanı azad edilməsi yollarını müzakirə etmək olub: “Biz bu islahatları uğurla həyata keçirmək üçün daima dövlətimizin arxasındayıq”.

Tədbirdə çıxış edən DAK-ın sədri Mirəşrəf Fətiyev isə bildirib ki, Brusseldə baş tutan 38 xarici ölkənin iştirak etdiyi qurultayda 21 nəfər idarə heyəti təşkil olunub: “Bu  gün mən deyə bilərəm ki  DAK Azərbaycanın mövqeyini lazımi səviyyədə müdafiə edir.  Hazırlanmış bəyanatlarda Azərbaycan həqiqətlərini Avropa dövlətlərinə çatdıraraq fəaliyyətini çox uğurla davam etdirir. Bizim qarşımızda çox böyük işlər dayanır. Üzərimizə düşən məsuliyyətin ağırlığını bilirik. Ona görə də DAK yeni strategiyaya uyğun hərəkət edəcək. Yaxın və uzaq perspektiv üçün planlarımız var. Həmin planlara daxil olan vəzifələri layiqincə yerinə yetirməyə çalışacağıq. Bu baxıfmdan düşünürəm ki, hamf birlikdə DAK-a dəstək verməlidir.  Nəzərinizə çsatdırım ki, mətbuat nümayəndələrinin də üzərinə böyük yük düşür. Ümid edirəm ki, gördüyümüz işlərlə bağlı cəmiyyəti məlumatlandırmaq üçün mətbuat DAK- dəstək verəcək”.

DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli də DAK-ın bundan sonra daha ciddi və uğurlu fəaldiyyət sərgiləyəcəyini önə çəkdi. O, əlavə etdi ki, bunun üçün birlikdə fəaliyyət göstəriləcək: «DAK Azərbaycan diasporunda önəmli yerlərdən birini tutur. Ən böyük diaspor təşkilatlarından biridir. Bu səbəbdən də təşkilata maraq böyükdür. Çalışacağıq ki, DAK-ın fəaliyyətinin daha çox effetktivliyinə nail olaq. Artıq komanda formalaşıb, təşkilatımız birlik qürültayı keçirib. Sağlam mühitin yaranması sevindirici haldır. Bu da işlərimizin uğurlu alınmasında rol oynayacaq».



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az