"Fənərbaxça"- "Azəryol"görüşündə Xocalı anıldı

"Fənərbaxça"- "Azəryol"görüşündə Xocalı anıldı

Bu gün İstanbulda qadın voleybolçulardan ibarət Bakının “Azəryol” klubu Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışının yarımfinalında “Fənərbaxça” ilə qarşılaşıb.

Vətəninfo.az Tezxəbər İnformasiya Portalına istinadən  xəbər verir ki, Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı şəhidlərimizin xatirəsinə ehtiram olaraq “Azəryol” voleybolçuları meydana qollarında qara sarğı ilə çıxıblar.

Stadionda isə bütün tamaşaçılara İstanbuldakı baş konsulluğumuzun təşkilatşçılığı ilə “Xocalıya Ədalət” yazılmış köynəklər paylanıb. Məqsəd bu dəhşətli faciəni dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq olub.

İstanbul təmsilçisi 3 setdə oyunu öz xeyrinə həll edib: 3-0.

Hakim olaraq qarşılaşmanı fransız Yaniç Kaladay və bolqar İvaylo İvanov idarə ediblər.

İstanbullular cavab oyununda martın 1-də Bakıda “Azəryol”un qonağı olacaqlar.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az