"Avtomobil bazarındakı vəziyyət qeyri-dinamik həddə çatıb”. Vətəninfo.az Modern.az-a istinadən xəbər verir ki, bunu Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı deyib.
O bildirib ki, bazarda alıcılıq səviyyəsi xeyli dərəcədə azalıb: “İstər ötən ilin göstəriciləri ilə, istərsə bu ilin əvvəli ilə müqayisədə demək olar ki, bazarda alıcıların sayında kəskin azalmalar var. Bunun səbəblərini manatın devalvasiyası, ötən ildən başlayaraq Azərbaycanda avtomobil bazarına tətbiq olunan standart və digər qaydalarla əlaqələndirmək olar. Bu qaydalar avtomobil bazarına daha çox mənfi təsirini göstərməklə yadda qaldı”.
Ekspertin qənaətinə görə, ötən ilin ilk göstəriciləri idxalın təqribən 40 faizindən artıq azalması ilə müşahidə olunub:
“Bu ilin ötən dövrü ərzində idxalda 60 faizdən artıq azalma müşahidə olunub. Bu, avtomobil bazarındakı vəziyyətin hansı səviyyədə olmasının göstəricisidir. Mərkəzi Bankın kreditlərin verilmə qaydalarını sərtləşdirməsi bazara xeyli dərəcədə təsir göstərib. Təbii ki, nəticə heç də ürəkaçan deyil”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?