"Park Sinema"da yeni yaradılmış SMS bonus sisteminin əslində işləmədiyi və müştərilərin aldadıldığı aşkarlanıb.
Belə ki, redaksiyaya müraciət edən Fuad Hacıyev adlı vətəndaş aprelin 9-da "Park Sinema"da nümayiş edilən "Yarımdünya" filminə tamaşa etmək üçün online qaydada kinoteatra bilet alıb və reklam olunduğu kimi bonusdan istifadə etmək üçün sms gözləyib. Lakin sms vətəndaşa gəlib çıxmayıb. Filmi izləməyə gedərkən "Park Sinema" kassasına yaxınlaşıb online sifariş etdiyini və bu səbəbdən bonus endiriminin olduğunu bildirəndə isə kassa işçiləri müvafiq sms-i təqdim etməyi tələb ediblər: "Kinoteatrın kassasından bildiriblər ki, sizə kod gəlməyibsə, bonus hüququndan yararlana bilməzsiz".
Belə olduqda F.Hacıyev bileti real qiymətə almaq məcburiyyətində qalıb. Səhəri gün isə onun telefonuna çoxdan gəlməli olan sms gəlib. Vətəndaş sual ünvanlayır: "Artıq bu sms mənim nəyimə lazımdır?"
Hüquqlarının kinoteatr tərəfindən tapdalandığını deyən zəzərçəkən belə vəziyyətin bir neçə dəfə təkrarlandığını bildirib və əlavə edib ki, "sms və mail gec göndərməkləri bir yana, hələ üstəlik adamın üzünə dururular." Vətəndaş Sms -in onun telefonuna gecikərək gəldiyini əsas götürərək zərərə görə kinoteatrı ittiham edir və qanuni hüquqlarından istifadə edib "Park Sinema" barədə ölçü götürülməsini iddiası ilə mәhkәmәyә müraciәt edәcәk
Qaynar.info



Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?