"Qarabağ" - "Dnepr" - 1:2 - YENİLƏNİR

"Qarabağ" - "Dnepr" - 1:2 - YENİLƏNİR

Avropa Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxır.

Ağdam təmsilçisi saat 21:00-da doğma meydanda Ukraynanın "Dnepr" klubunu qəbul edir. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası öz meydanında da eyni uğuru təkrarlamağa çalışacaq. "Qarabağ" bu oyunda qələbə qazancağı təqdirdə ən azı turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyacaq.

Komandalar meydana aşağıdakı tərkibdə çıxacaq.

"Qarabağ": İbrahim Şehiç, Ansi Aqolli, Bədavi Hüseynov, Namiq Yusifov, Rəşad Sadıqov (k), Maksim Medvedev, Riçard Almeyda, Qara Qarayev , Muarem Muarem, Reynaldo, Leroy Corc

Ehtiyat oyunçular: Fərhad Vəliyev,Admir Teli , İlqar Qurbanov, Cavid Tağıyev, Hacı Əhmədov,Namiq Ələsgərov, Vüqar Nadirov

"Dnepr": Denis Boyko, Ondrjey Mazux, Duqlas, İvan Striniç, Artyom Fedetski,Brunu Qama, Çeberyaçko, Ruslan Rotan (k),Nikola Kaliniç, Yevgeni Konoplyanka, Zozulya

Ehtiyat oyunçular: Yan Laştuvka, Valeri Luçkeviç, Sergey Kravçenko, Yevgeni Şaxov,Caba Kankava, Mladen Bartuloviç, Yevgeni Seleznyov.

6 noyabr

Avropa Liqasının qrup mərhələsi, IV tur

21:00. "Qarabağ" (Azərbaycan) - "Dnepr" (Ukrayna)

Hakimlər: Pavel Gil, Pyotr Sadçuk, Marçin Borkovski və Konrad Sapela (hamısı Polşadandır)

Bakı. Tofiq Bəhramov adına REspublika stadionu.

Oyunun 15-ci dəqiqəsi: "Dnepr" klubunun oyunçusu Kaliniç hesabı açır. 0-1.

Oyunun 35- ci dəqiqəsi: Leroy Corc cərimə zərbəsini mükəmməl yerinə yetirərək hesabı bərabərləşdirir.1-1

Oyunun 72- ci dəqiqəsi: Kaliniç hesaba arasındakı fərqi yenidən artırır.1-2



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az