"Qarabağ"ın vitse-prezidenti UEFA-nın Avropa Liqası üzrə direktoru ilə görüşəcək

"Qarabağ"ın vitse-prezidenti UEFA-nın Avropa Liqası üzrə direktoru ilə görüşəcək

Vətəninfo.az  Ağdam təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qarabağ" klubunun vitse-prezidenti Tahir Gözəl İsveçrəyə gedəcək. Səfərin vaxtı UEFA-dan gələn cavab əsasında müəyyənləşəcək.


"Qarabağ" - "İnter" (İtaliya) oyununun 90+4-cü dəqiqəsində baş verən hadisə ilə əlaqədar Avropa Liqası yarışının direktoru Giorgi Marçetti ilə görüş günü təyin edilib.
Qeyd edək ki, "İnter"lə oyunun 90+4-cü dəqiqəsində çexiyalı baş hakim Miroslav Zelinka "Qarabağ"ın futbolçusu Riçard Almeydanın qolunu qeydə almayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az