"Rüstəm İbrahimbəyov "qəpik"dir..."

"Rüstəm İbrahimbəyov "qəpik"dir..."

"RÜSTƏM İBRAHİMBƏYOV "QƏPİK"DİR, HEÇ VAXT "MANAT" OLMAYACAQ"

"Rüstəm İbrahimbəyov danışdırılan və rejissoru kənarda olan oyunçudur". Bunu SİA-ya açıqlamasında Cümşüd Nuriyev son günlər Rüstəm İbrahimbəyovun Azərbaycan dövlətinə qarşı dediyi sözlərə münasibət bildirərkən deyib.

O bildirib ki, R.İbrahimbəyovu ssenarinin müəllifi və baş rol oyunçusu kimi görməyə çalışır: "Təəssüflər olsun ki, o bunu həyata keçirə bilmir. Çünki ona verilən tapşırıqların icrası ilə məcburi şəkildə məşğul olur. R.İbrahimbəyov qısa zaman ərzində cənab prezident İlham Əliyevə olan münasibətini dəyişməklə göstərdi ki, bu insanın sırf maddi maraqları var. Onu nə Azərbaycan dövləti, nə də xalq maraqlandırır. Təəssüf ki, Azərbaycanda maddi və siyasi maraqlarını realizə edə bilməyən insanlar da R.İbrahimbəyovu dəstəkləyir. Ad günündə prezident İlham Əliyevin çıxışını internetə yerləşdirməklə nəyə qadir olduğunu bir daha göstərdi. Bu insan siyasi baxımdan "qəpik"dir. Onun "manat" ola biləcəyi ehtimalı sıfıra bərabərdir. Onun verdiyi bəyanatlarda dövlət çevrilişinə çağırışlar var. Bu məqama hüquq-mühafizə orqanları mütləq baxmalıdır. Təəssüf doğurucu məqamdır ki, Azərbaycanın tanınmış adamlarından birinin xırda maddi maraqlarına bütün Azərbaycan dövləti və xalqını satmağı bacardı. R.İbrahimbəyov Azərbaycan üçün heç bir şey etməyib. Onun Azərbaycanın adının tanıtması yalnız onun bioloji baxımdan ölkəmizdə doğulması ilə bağlıdır. Bu gün də onun ətrafı ermənilərdən ibarətdir. Onu da ən çox təbliğ edən ermənilər və digərləridir. Bir sözlə, R.İbrahimbəyov bitmiş insandır".



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az