"Space" inzibati məsuliyyətdən azad edildi

"Space" inzibati məsuliyyətdən azad edildi

Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

“Vətəninfo.az” xəbər verir ki, iclasda “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətinə baxılıb.Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 22.3-cü maddəsini, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanın 33.8-ci bəndini rəhbər tutaraq “SN Telekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin daha 6 il uzadılması barədə qərar qəbul edib.
İclasda həmçinin “Space Müstəqil Televiziya və Radio Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Milli Televiziya və Radio Şurasının 22 dekabr 2011-ci il tarixli qərarının tələblərini pozması faktı üzrə başlanmış inzibati icraat üzrə işə də baxılıb.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinin tələblərinə uyğun olaraq “Space” Müstəqil Teleradio Şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti Milli Televiziya və Radio Şurasının qərarına əsasən inzibati məsuliyyətdən azad edilib.

Mirvari Nəcəf



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az