Ana-Maria Agiu: "Lənkəran çayını çox sevirəm"
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Adrian Pitin həyat yoldaşı Ana-Maria Agiunun Sportal.az saytına müsahibəsi
- Lənkəran şəhəri haqqında təəssüratlarınızı bilmək istərdim. Orda yaşamaq xoşunuza gəlir?
Lənkəran şəhəri çox gözəldi. Mən bir il yarımdı ki, burda yaşayıram. Özümü evimdəki kimi hiss edirəm. Lənkəran əhalisini də çox sevirəm.
- Ölkəniz üçün darıxmırsız?
- Adrian hardadırsa, ora mənim ölkəmdi. İndi onun üçün darıxıram, ölkəm üçün yox.
- Azərbaycanı bir ölkə kimi bəyənirsiz? Ölkəmiz haqqında nə deyə bilərsiz?
- Mən Bakıda da yaşamışam, Lənkəran da həmçinin. Azərbaycanı çox sevirəm. Səmimi, mehriban insanları ilə birlikdə çox gözəl ölkədi.
- Azərbaycan futbolu haqqında nə deyə bilərsiz?
- Lənkəranı da, Bakını da çox sevirəm. İnsanlarını öz ölkəmin insanlarına bənzədirəm. İndi futbolu çox sevirəm. Çünki həyat yoldaşım futbolçudu. Azərbaycan futbolu da ildən-ilə inkişaf edir.
- Bura gəlməmişdən əvvəl Azərbaycan haqqında nəsə bilirdiniz?
- Yalnız Odlar yurdu olduğunu bilirdim. İnternetdən də Azərbaycan haqqında çox şey eşitmişəm.
- Adrian Pit artıq 3 ildir ki, “Xəzər lənkəran”da çıxış edir. Sizcə, o, uğur əldə edib?
O, Lənkəranda xoşbəxtdi. Ümid edirik ki, kuboku udandan sonra daha da xoşbəxt olacağıq.
- Adrian Pitin Azərbaycanı seçdiyini eşidəndə sevindiniz?
- Biz onunla ilk dəfə Azərbaycandan qayıtdıqdan sonra qarşılaşdıq.
- Pit “Xəzər Lənkəran”da oynayır. Onun futbol karyerası barədə nə deyə bilərsiz?
- O, nə vaxt futbol karyerasında uğur qazanıb sevinirsə, mən də onunla xoşbəxt oluram.
- “Xəzər Lənkəran” bu mövsüm ilk “altılıq”dan kənarda qaldı. Pit buna görə üzüldü?
- Əlbəttə, onun üzülməyi normaldı. Çünki o, ürəkdən oynayır.
- Azərbaycan və Rumıniya futbolu arasında nə kimi fərq var?
Yalnız Adrianın oyunlarına baxıram. Stadionlara yalnız onun və komandası “Xəzər Lənkəran” üçün gedirəm.
- Əgər Pit burda uzun müddət qalmaq istəsə, onun qərarına qarşı çıxarsız?
- O, xoşbəxt olarsa, mən də olaram. Mən onu bütün qərarlarında dəstəkləyəcəm.
- Komandada ən yaxın dostun kimdi?
- Mən komanda həkiminin yoldaşı Aurelia ilə dostam.
- Azərbaycan Premyer Liqasında çıxış edən digər klubları tanıyırsız? Onlar haqqında nə deyə bilərsən?
- Komandaların adlarını bilirəm. Amma həyat yoldaşımın komandasından başqa o biri klublar məni maraqlandırmır.
- “Xəzər Lənkəran” uduzanda Pit evə gəlib nə deyir?
- Komandanın uduzması, əlbəttə, pisdi. Klub üçün kimə uduzmağın fərqi yoxdu. “Xəzər Lənkəran” məğlub olanda onunla danışmıram.
- Azərbaycan mətbəxində hansı yeməkləri bəyənirsiz?
- Dolmanı, kababı, ləvəngini və plovu çox sevirəm. Xususilə də Lənkəran çayını.
- Pitin qolu ən yaxşı 5 qol sırasındadı. Bunu bilirdiniz?
- Hər zaman “Xəzər Lənkəran”ın uduzmağından, udmağından xəbərim olur. Vacib deyil kim qol vurur. Əsas komandanın qalib gəlməyidi.
- Skarlatake ilə ailəvi münasibətləriniz var?
- İndi oyunlara internet vasitəsilə baxıram. Çünki Rumıniyadayam. Amma Azərbaycanda olanda oyunlara onun həyat yoldaşı ilə gedirəm. Təbii ki, biz bir ölkədənik.