Azərbaycanın "Qarabağ" futbol komandasının baş məşqçisi Qurban Qurbanov dünən Ukraynanın "Dnepr" klubu ilə oyundan öncə Tofiq Bəhramov adına Respublika stadionunun qapılarından birinin aşması nəticəsində yaralanan klubun azarkeşi Sabir Mirzəyevə baş çəkib.
Xəstənin qohumlarının "Report"a verdiyi məlumata görə, 42 yaşlı mütəxəssis matçdan sonra gecə saat 2 radələrində yaralının müalicə aldığı 1 saylı Şəhər Klinik Xəstəxanasına yollanıb. O, zərərçəkənə şəfa diləyib və atası ilə də görüşərək, onunla söhbət edib. Öz növbəsində ata Mirzəyev "Qarabağ" naminə hər şeyə hazır olduqlarını söyləyib. Qurbanovla yanaşı, klub rəsmiləri də xəstəxanaya baş çəkiblər. Qeyd edək ki, əslən Füzulidən olan Sabir Mirzəyev Sumqayıtda yaşayır.
Hazırda xəstənin həyati təhlükəsi yoxdur və bu gün əməliyyat olunacaq.
Ramiz Mehdiyev harada dəfn olunacaq?
Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – Sıra onlara çatır?
Nazirin yanına gedəsən, əliboş qayıdasan, bu biabırçılıqdır! – Deputat
Aqil Abbas Məclisdə coşdu: “Niyə bizə ev verilməməlidir?”
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
"Qardaşlığımıza dinamit qoymaq istəyənlər var" - Ərdoğan
Gələn il uşaqpulu veriləcək? – Dəqiq CAVAB
Bakıda kriminal söhbət və qətl: Niyə DTX əməliyyat keçirdi?
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib