"Quru sərhədlərin qapalı olmasının COP29-a təsir edəcəyini düşünmürük"

Quru sərhədlərin qapalı olması amilinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransında (COP29) iştirakçı sayına təsir edəcəyi ehtimalını düşünmürük.

 

Modern.az xəbər verir ki, bunu "Report”a müsahibəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev deyib.
O vurğulayıb ki, quru sərhədlər Nazirlər Kabinetinin sərəncamında olan məsələdir.

 

"Həmin dövr üçün qiymətləndirmə müvafiq qurumlarımız tərəfindən aparılıb qərar veriləcək. Əvvəlki COP və digər beynəlxalq tədbirlərlə bağlı təcrübələrə əsasən, yerli sanitariya, epidemioloji vəziyyət həmişə ön planda tutulur. Ancaq ümumi qiymətləndirmə olaraq quru sərhədlərin qapalı olması amilinin COP29-dakı iştirakçı sayına təsir edəcəyi ehtimalını düşünmürük”, - Baş danışıqçı əlavə edib.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az