Rafael Dadaşov dünyasını dəyişdi: Son vəsiyyəti...

Rafael Dadaşov dünyasını dəyişdi: Son vəsiyyəti...

Xalq artisti Rafael Dadaşov dünyasını dəyişib.

Miq.Az xəbər verir ki, bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib.

"Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Dünyasını dəyişən zaman hamımızdan halallıq istədi”, - o deyib.

***

Uzun sürən xəstəlikdən sonra bir neçə saat əvvəl vəfat edən xalq artisti Rafael Dadaşovun oğlu Emil Dadaşov atasının ölümündən danışıb.

Aktyorun oğlu Musavat.com-a deyib ki, R.Dadaşovun övladlarına bir-biri ilə mehriban olmaqla bağlı vəsiyyəti son sözləri olub.

Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.

Rafael Dadaşov 4 yanvar 1946-cı ildə Naxçıvanda doğulub. O, 1972-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib.

1976-cı ildən Akademik Milli Dram Teatrının aktyor truppasında çalışırdı.

Allah rəhmət eləsin!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az