Rafiq Əliyev: “Cinsi azlıqlar və cinsini dəyişənlər müsəlman deyillər, kafirdilər, onlara lənət oxuyuruq”

Rafiq Əliyev: “Cinsi azlıqlar və cinsini dəyişənlər müsəlman deyillər, kafirdilər, onlara lənət oxuyuruq”

"İslamda küfr işləyənlər kafir sayılırlar. Cinsi azlıqların nümayəndələri və cinsini dəyişənlər küfr edirlər. Bu küfrlə isə ciddi sürətdə kafirlərə yaxınlaşırlar və kafirləşirlər. Onlara "kafir” demək tam düzgündür və İslama zidd deyil. Əksinə, İslamı müdafiə etmək nöqteyi-nəzərindən belə adamlara nə qədər çox "kafir” desən, bir o qədər yaxşı olar. O cür insanlar öz kafirliklərini, bəlkə də, başa düşmürlər. Onlara bunu anlatdıqda bilirlər ki, belə əcaib işlərlə məşğul olan müsəlmanlar əsl müsəlman deyillər. Onlar müsəlmançılıqdan çıxıblar, kafirlər dəstəsinə qoşulublar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev deyib.

 

Alim bildirib ki, İslam aid hədis kitablarında, nə də "Quran”da cinsi azlıq məsələsi qəbul edilmir: "İnsan iki cinsdə yaranıb - kişi və qadın. Burada azlığın, çoxluğun o qədər də fərqi yoxdur. Bu məsələ müzakirə olunmur, nə də bununla bağlı heç bir kitabda göstəriş tapa bilməzsiniz. Cinsi azlıqlar Avropa ölkələrində, hətta bizdə də çox ciddi surətdə problemlər yaradırlar. Eyni cinsdən olub bir-biri ilə evlənən kişilərin, yaxud qadınların, eləcə də cinsiyyətini dəyişənlərin sayı artıb. Bu da şeytan əməlidir və İslamda ən böyük qəbahətdir. Nəinki İslamda, katolik və provaslav dinində də bu cür cinsi münasibətlər həmişə tənqid olunub. İndi görürük ki, Fransanın yeni Baş naziri ilə həmcinsi olan xarici işlər naziri ər-arvad imiş. Yalandan kəbini geri oxudublar ki, bunlar bir yerdə yaşamırlar, ər-arvad deyillər. Təsəvvür edin ki, Fransa kimi bir ölkədə Prezident, Baş nazir, müdafiə naziri geydirlərsə, bunlar şeytan əməlləri ilə məşğuldurlar. Belələrinin idarə etdikləri dövlətin vəziyyəti necə olacaq? İkincisi, İslamda bu məsələyə çox ciddi baxılır, lakin bütün hallarda geniş yayılıb. İnsanlara belə bir şəhvət hissinin mümkünlüyü bəlli olmasaydı, insanlar ancaq qadın və kişi kimi bir cür cinsi əlaqədə olsaydılar, bu, normal olardı. Onlar təkcə qadın və kişi münasibətindən yox, həmcinsləri ilə aralarındakı cinsi əlaqədən də zövq alırlar. Bu, İslamda çox çirkin, əcaib bir əməl kimi qeyd olunur. Biz də qəbul etmirik. Buna baxmayaraq, Azərbaycanın özündə də kifayət qədər bu işlə məşğul olan insanlar var. Çoxu da açıq şəkildə öz əməllərini insanlara göstərirlər. Artıq bu, utanılası, ayıb məsələ kimi artıq qeyd olunmur. "Quran”da, hədis kitablarında yazılıb ki, belələrinin cəzası ən ağır həddə veriləcək. Bu xəstəlik dar cəmiyyətin böyük hissəsini ələ alıb. Biz azlıqda qalmışıq. Bu problem həll olunmalıdır. Cinsi azlıqlara qarşı münasibətdə çox sərt deyilik. "Özləri necədirlər, qoy elə hərəkət etsinlər” deməklə onlara imkan yaradırıq ki, istədikləri işlərlə məşğul olsunlar. Cəmiyyətdə kiçik uşaqları orta məktəbdən başlayaraq pozmağa yönəldirlər. Bu da bizim gələcəyimiz üçün təhlükə yaradan işdir. Belə şeytan əməli ilə gedənlərə lənət oxuyuruq. Görək bu lənət nə ilə nəticələnəcək”. 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az