Rafiq Tağının qardaşı: “Cənub bölgəsi yaxın illərdə Azərbaycanın olmaya bilər...”

Rafiq Tağının qardaşı: “Cənub bölgəsi yaxın illərdə Azərbaycanın olmaya bilər...”

"Kəndlərimizdəki durum belə hadisələrin baş verməsinə və verəcəyinə rəvac verir… - təhsilsizlik, cahillik, narkomaniya, işsizlik, ideoloji boşluqlar”.

Qaynarinfo xəbər verir ki, bunu mərhum yazıçı-publisist Rafiq Tağının qardaşı İlqar Tağı həmkəndlisi 16 yaşlı Fatimə Qəmbərovanın qətlə yetirilməsindən danışarkən deyib. O, qeyd edib ki, əgər cənub bölgəsinə mərkəzin diqqəti olmazsa, yaxın illərdə Azərbaycanın olmaya bilər:

"Gözüm aydın”, adı çəkilən kənd mənim doğulduğum, bir çox ziyalılar, müəllimlər, mühəndislər, həkimlər yetirmiş kənddir - Xoşçobanlı… Üzülməli və utanılası olay baş verib kəndimizdə… - həddi-büluğa yetməmiş gəlin təzə bəy tərəfindən boğularaq öldürülüb.

Təfərrüat mənə maraqlı deyil…

Belə hadisəlırin baş verməsinin əsas səbəbləri mənim vaxtaşırı olaraq kəndimizdən yazaraq açıqladığım acınacaqlı halların məcmusundadır. Kəndlərimizdəki durum belə hadisələrin baş verməsinə və verəcəyinə rəvac verir… - təhsilsizlik, cahillik, narkomaniya, işsizlik, ideoloji boşluqlar, zehniyyata dini mövhumatın hopdurulması, səhiyyənin olmaması, qida təhlükəsi, səfalət və s və i.a.

Mən bunları vaxtilə yazanda Fb dostluğumda olmayan (onun hardan şədd eləməsi mənə aydın olmadı) bir qalstuklu yerlim mənə yazıya görə kəskin iradını bildirmişdi və "adam kişi olar, nahaq danışırsan!" tipində təəssübkeşlik ittihamı etmişdi…

Həmin adam, hardasan, çıx görüm?!

Saxta "pripiska"çılıqla məşğul olmaqla deyil e, acı olsa da, həqiqətlər deyilməlidir və vaxtında deyilməlidir! Sənin yerliçilik təəssübkeşliyin dəysin başına!
Cənub bölgəsi belə olayların baş verməsi üçün tam "münbitləşdirilmişdir"!!!

Buna mən sovetliyə aid 5 kənddə səs-səsə verən "azan" səsləndirilməsi başlayan vaxtlarda bir daha əmin oldum və barmağımı dişlədim - demək, cəhalət tam qalib gəlmişdir… Yəni "siz ancaq o biri dünya üçün yaşayın".

Təkrar edirəm - kəndlərdə uşaqlar məktəbə getmir, savadsızlıq baş alıb gedir, narkomanların sayı gümbəgün artır, işsizlik, oğurluq pik həddədir, kənddə dolana bilən ancaq Rusiya hesabına yaşaya bilir və s…

Cənub bölgəsi mərkəzin diqqəti olmazsa, yaxın illərdə Azərbaycanın olmaya bilər”.

Xatıladaq ki, yanvarın 29-da Masallının Xoşçobanlı kənd sakini 19 yaşlı İman Qəmbərov iki həftə öncə ailə qurduğu 16 yaşlı Fatimənin boğaraq qətlə yetirib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az