Ramil Usubov iki yüksək vəzifəlini işdən çıxardı

Ramil Usubov iki yüksək vəzifəlini işdən çıxardı

Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı təqaüdə göndərilib.

Azərbaycan 24-ün məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri polis polkovniki Sadiq Gözəlov və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi polis general-mayoru Şərif Əsədullayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndəriliblər.

Bununla bağlı DİN-də tədbir keçirilib. R. Usubov hər iki şəxsi qəbul edərək onları fəxri fərmanla təltif edib.

DİN-in mətbuat xidmətindən S. Gözəlov və Ş. Əsədullayevin təqaüdə göndərildiyini təsdiqləyiblər.

Xatırladaq ki, S. Gözəlov 1995-ci ildən DİN-in mətbuat xidmətinə rəhbərlik edib.

Qeyd edək ki,  mediada S. Gözəlov, Ş. Əsədullayev və Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun işdən çıxarılması barədə məlumat yayılmışdı.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az