“Ramil Usubova müşavir təyin edilməmişəm” - Şərif Əsədullayev təyinat xəbərini təkzib etdi

“Ramil Usubova müşavir təyin edilməmişəm” - Şərif Əsədullayev təyinat xəbərini təkzib etdi
Daxili işlər naziri Ramil Usubov özünə yeni müşavir təyin edib.
 
Miq.az unikal.org-a istinadən xəbər verir ki, Ramil Usubovun əmri ilə son yaş həddi ilə əlaqədar təqaüdə göndərilən Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin sabiq rəisi, general-mayor Şərif Əsədullayev nazirin müşaviri təyin edilib.
 
Xəbəri DİN-dən təsdiqləyiblər.
 
**** 
General-mayor Şərif Əsədullayev "Qafqazinfo” ilə əlaqə saxlayaraq məlumatın yalan olduğunu bildirib: "Bu məlumat həqiqətə uyğun deyil. Hazırda təqaüddəyəm, heç bir işlə məşğul deyiləm. Sadəcə elmi və yaradıcı fəaliyyətlə məşğul oluram”.
 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az