Ramiz Mehdiyev Patruşevlə görüşdü

Ramiz Mehdiyev Patruşevlə görüşdü
Moskvada Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev arasında görüş keçirilib.
Vizual.az-ın məlumatına görə, bu barədə APA-ya Rusiya Təhlükəsizlik Şurasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Xəzəryanı regionda beynəlxalq təhlükəsizliyə dair aktual məsələlər, eləcə də hər iki ölkənin hüquq-mühafizə strukturları və təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin  perspektivləri müzakirə olunub.
Görüşdə Ramiz Mehdiyev və Nikolay Patruşev Azərbaycan Respublikası və Rusiya Federasiyası Təhlükəsizlik Şuraları arasında 2016-2017-ci illər üçün əməkdaşlıq planını imzalayıblar.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az