Ramiz Mehdiyevdən maraqlı təyinatlar-Ziya Məmmədovun qardaşı vəzifədən çıxarıldı, sabiq nazirə vəzifə verildi

 Ramiz Mehdiyevdən maraqlı təyinatlar-Ziya Məmmədovun qardaşı vəzifədən çıxarıldı, sabiq nazirə vəzifə verildi

Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilib.

Bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.

R.Mehdiyevin digər əmri ilə "Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə, AMEA-nın müşaviri, akademik Əli Abbasov təyin edilib.

Akademiyadan "Report"a bildirilib ki, E.Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Ə.Abbasovla bağlı ilk xəbəri unikal.org yayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az