Rəbiyyət Aslanova: "Deputatlığa namizədliyimin irəli sürülməsi ilə bağlı təklif gəlsə də, qəbul etmərəm, keçdi getdi..."

Rəbiyyət Aslanova:

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədri Rəbiyyət Aslanova yenidən deputatlığa namizədliyini irəli sürəcəyi barədə iddialara münasibət bildirib.

 

R.Aslanova Pravda.az-a açıqlamasında deyib ki, belə bir fikri yoxdur:

 

"Belə bir şey yoxdur. Təklif gəlsə, qəbul etmərəm. Keçdi getdi..." - o bildirib.

 

Xatırlatma: R.Aslanova Milli Məclisin II, III və IV çağırış deputatı olub. Fəlsəfə elmləri doktoru, professordur, BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiridir. Yeni Azərbaycan Partiyasının üzvüdür. O, ATƏT-in Parlament Assambleyasında və MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvü olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az