Rəhim Qazıyev saxlanıldı-Polis bölməsinə aparıldı

Rəhim Qazıyev saxlanıldı-Polis bölməsinə aparıldı

Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qaziyev dekabrın 25-də Bakıda saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə aparılıb.

Miq.Az xəbər verir ki, bu barədə keçmiş nazirin qardaşı Rahab Qazıyev "Amerikanın Səsinə” bildirib.

"Bu gün Bakı vaxtı ilə saat 20 radələrində 17-ci Polis Bölməsindən mənə zəng edib qardaşımın orada saxlanıldığını bildirdilər. Mənə dedilər ki, narahat olmayım, qardaşım polisdə saxlanılır. Növbətçi hissədən qardaşımın burada saxlanıldığını təsdiq etdilər və dekabrın 26-da səhər saat 10-da gəlməyimi məsləhət bildilər”, o qeyd edib.

Hüquq-mühafizə orqanları keçmiş nazirin saxlanılması barədə hələ hər hansı məlumat yaymayıb.

Rəhim Qazıyev 1992-ci ilin martından 1993-cü ilin fevralınadək Azərbaycanın müdafiə naziri olub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az