Rəisi dünən Ermənistana səfərdən imtina edib? - Rəsmi

Rəisi dünən Ermənistana səfərdən imtina edib? - Rəsmi
İran Prezidenti İbrahim Rəisinin mayın 19-da Ermənistanın Sünik (Zəngəzur) vilayətinə gəlməli olduğu, lakin son anda səfərini təxirə saldığı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Ani Badalyan deyib.

"Yüksək rütbəli məmurların Ermənistana təsdiqlənmiş səfərləri ilə bağlı rəsmi məlumat verilir”, - məlumatda qeyd olunub.

Xatırladaq ki, ötən gün İran mediasında Rəisinin Qərbu Zəngəzur ərazisində yol açılışında iştirak etmək üçün Ermənistana səfərdən son anda imtina etdiyi haqda məlumat yayılmışdı.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az