RƏSMİ: "İran "Dağlıq Qarabağ" adlı müstəqil dövlət tanımır"

RƏSMİ:

İranın Azərbaycandakı səfirliyinin açıqlamasında belə deyilib

İran İslam Respublikasının Azərbaycan Respublikasının ərazi bütövlüyü və eləcə də Dağlıq Qarabağ münaqişəsi barədə prinsipial mövqeyi olduqca aydın və şəffafdır.

Miq.Az-ın məlumatına görə, bunu İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsinin rəhbəri Məhəmmədrza Nəcəfi Trend-ə bildirib.

M.Nəcəfi deyib: "İran Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq qanunlar çərçicəsində həll edilməsinin tərəfdarıdır.

Biz "Dağlıq Qarabağ"ı müstəqil bir respublika olaraq tanımır, buna görə də həmin ərazidə keçirilən referendumu, həmçinin sülh və təhlükəsizliyi təhdid edə biləcək hər hansı bir addımı doğru saymırıq.

Biz bu münaqişənin tezliklə sona çatması və regionda sülh və təhlükəsizliyin hakim olmasına ümid edirik".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az