Vətəninfo.az-a daxil olan məlumata görə, hazırda ABŞ-da yaşayan sabiq parlament sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev qarşıdakı prezident seçkilərində Azərbaycan Liberal Partiyasının lideri, Birlik Hərəkatının sədri Lalə Şövkət Hacıyeva ilə ittifaq yaratmaq niyyətindədir.
Məlumata görə, ACP sədri Sülhəddin Əkbər Rəsul Quliyevin tapşırığı ilə bu günlərdə Lalə Şövkətlə görüşərək məxfi danışıqlar aparıb.
ACP-dən adının açıqlanmasını istəməyən mənbənin verdiyi məlumata görə, görüşdə S.Əkbər L.Şövkətdən prezident seçkilərində Rəsul Quliyevin namizədliyini dəstəkləməsi istəyib.
Verilən məlumata görə, Rəsul Quliyev prezident seçkilərində nə Müsavat başqanı İsa Qəmbərə, nə də AXCP sədri Əlıi Kərimliyə etibar etmədiyindən yola Lalə Şövkətlə çıxmaq istəyir.
Bu ittifaqın baş tutub-tutmayacağı isə xanım siyasətçinin verəcəyi qərardan asılı olacaq.
Məlumata görə, keçirilən görüşdə L.Şövkət bu ittifaqın yaradılması üçün fikirləşmək üçün müəyyən vaxt istəyib.
Kənan
Vətəninfo.az
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
QURU SƏRHƏDLƏR AÇILSA, QİYMƏTLƏR UCUZLAŞACAQ? - İqtisadçıdan AÇIQLAMA
Ağdamda İşğal və Zəfər Muzeyləri Kompleksinin tikintisini 43 milyona vergi borcu olan bu şirkət həyata keçirəcək
Ermənilər Şeyxi hədəfə aldı...
Səməd Vurğunun heykəlindəki kiril əlifbası niyə dəyişdirilmir? – Deputatdan çağırış
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
Əli Kərimli ilə bağlı KRİTİK GÜN
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.
“Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçdi
“Shaurma №1”-in sahibi Aqil Babayevə qarşı həbsdə çoxsaylı sui-qəsd cəhdlərinin ifşası: Natiq Sadıqovun məqsədi nədir?
“Barış üçün qapınıza gəlsələr, geri qaytarın” – Mirşahindən çağırış
Ermənilər Şeyxi hədəfə aldı...
“ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə İrana nüvə zərbəsinin endirilməsinə qərar verə bilər”.