Robert Köçəryan Azərbaycan TORPAQLARINDA

Robert Köçəryan Azərbaycan TORPAQLARINDA

Köçəryan Xankəndində "30 illiyə” qatıldı - Ter-Petrosyan isə dəvət olunsa da - gəlmədi...

Ermənistanın ikinci prezidenti olmuş Robert Köçəryan da Xankəndində Azərbaycan torpaqlarının işğalına yönəlmiş separatçı erməni hərəkatının 30 illiyi ilə bağlı tədbirlərə qatılıb. 

Moderator.az yazır ki, bu haqda işğalçı ölkənin "Qraparak” qəzeti  xəbər yayıb.  

Nəşrin yazdığına görə, uzun müddət Dağlıq Qarabağın erməni "elitası”yla ünsiyyətdə olmayan sabiq prezident özünü tam sərbəst aparıb.  Köçəryan hətta vaxtilə onu Haaqa tribunalına  verməklə hədələyən Ermənistanın keçmiş xarici işlər naziri David Şahnazaryanla da söhbətləşib.

Maraqlıdır ki, Ermənistanın ilk oyuncaq prezidenti, Qarabağda separatçı hərəkatın liderlərindən biri olmuş Levon Ter-Petrosyan  separatçıların "30 illik” tədbirlərinə dəvət olunsa da, Xankəndinə gəlməyib. O hətta Erməni Milli Konqresi tərəfindən İrəvandakı Azadlıq meydanında təşkil olunmuş  tədbirə də qatılmayıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az