Rüfət Quliyev: “Şəxsən mənim kreditim yoxdur, şükür Allaha, aldığım maaş özümə bəs edir...”
"Deputatların normal maaşı var, yetərlidir. Şəxsən mənim kreditim yoxdur. Şükür Allaha, aldığım maaş özümə bəs edir...”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.
"Təbii ki, xüsusən rayonlarda fəaliyyət göstərən deputatlara əlavə vəsait verilir, çünki həm seçildikləri rayonlara, həm də digər rayonlara tədbirlərə gedirlər. Sürücünün maaşı, yanacaq pulu, rayonda olarkən gündəlik xərcləri var. Deputatların 13-cü maaşı yoxdur. Təbii ki, istənilən insan kimi maaş daha yüksək olanda daha çox xərcləməyə imkan yaranır...”, - deputat bildirib.