Bu barədə "Vətəninfo.az”ın elektron ünvanına Azərbaycanın Rumıniyadakı səfirliyinin mətbuat xidmətindən daxil olan prez-relisi olduğu kimi təqdim edirik:
Rumıniya informasiya agentlikləri Ermənistanın Azərbaycana qarşı son dövrlər yalan və böhtan iddialarının iç üzünü açmağa davam edir. Belə ki, bu dəfə Rumıniyanın ingiliscə yayımlanan yeganə və nüfuzlu informasiya agentliyi olan “Nine o’clock” Ermənistanın Azərbaycanın günahsız mülki əhalisinə qarşı törətdiyi 31 mart və Xocalı soyqırımı haqda yazaraq, birincinin ölkəmizin adına səsləndirdiyi “düşmənçilik” iddialarının əsassız olduğuna diqqət çəkir.
Qeyd etmək lazımdır ki, Rumıniyanın digər kütləvi informasiya vasitələrində yayımlanan “Ermənistanın Avroviziya təmsilçisi ilə prezident Serj Sarqsyan arasında qarşıdurma “Mən ölkəmi konkursda təmsil etməmək üçün heç bir səbəb görmürəm” başlıqlı analoji silsilə məqalələrdən fərqli olaraq, bu dəfə ki, məqalədə xüsusən 31 mart və Xocalı soyqırımında qətlə yetirilmiş günahsız Azərbaycanlılar və erməni qəsbkarlarının bu qətli utanmazcasına etirafından bəhs edilir.
Məqalədə Buxarest Yazıçılar Assosiasiyasının sədri, “Azərbaycan – canlı alov” kitabının müəllifi, yazıçı-dramaturq Horiya Qırbyanın “Avroviziya 2012” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi edəcək Azərbaycanla bağlı xoş təəssüratları, Ermənistan Prezidenti Serj Sarqsyanın Azərbaycana qarşı absurd iddiaları ilə bağlı media hüququ sahəsi üzrə professor, “Ultima Ora” qəzetinin baş redaktoru İon Marinin fikirləri öz əksini tapmışdır.
Məqalədə professor İon Marin 31 mart – 5 aprel 1918-ci il tarixlərində General Andranikin komandanlığı altında Bakı və ətraf rayonlarda düşmən qoşunlar tərəfindən tərədilmiş kütləvi cinayətlərə istinad edir və eyni zamanda vurğulayır ki, “Xarici arxivlərdə açıq aşkar və geniş şəkildə təsvir olunmasına baxmayaraq əgər bu düşmənçilik faktlarını bəziləri “köhnəlmiş” kimi qələmə verərək bunlarla razılaşmasa da, heç kəs düz 20 il bundan öncə Azərbaycan şəhəri olan Xocalıda günahsız mülki əhalinin amansız şəkildə qətlini dana bilməz. Cəsədlərin təhqir edilməsi ilə müşayiət olunan kütləvi qırğın və qəddarlıq onu 20-ci əsrin ən dəhşətli faciələrindən birinə çevirmişdir. Bu gün terrorizmi dövlət səviyyəsində dəstəkləyən ölkə Xocalıdakı günahsız mülki əhaliyə qarşı törədilmiş qırğını gizlədə bilməz, çünki onun əsas qəsbkarları müxtəlif vaxtlarda ictimaiyyət qarşısında bu aktı davamlı şəkildə və “qürur”la etiraf etmişlər.
Məqalənin orijinalı bu linkdən əldə oluna bilər: