Rumıniyada “Heydər Əliyev kuboku” uğrunda futbol turniri keçirilib

Rumıniyada “Heydər Əliyev kuboku” uğrunda futbol turniri keçirilib

Odlar Yurdu diaspor qurumunun təşkilatçılığı və ARDNŞ-nin Rumıniya nümayəndəliyinin dəstəyi ilə baş tutan futbol turnirində 8 komanda iştirak edib.

Bu haqda “Vətəninfo.az”a "Odlar Yurdu" Diaspora təşkilatından bildiriblər. Yarış iştirakçıları və qonaqlar əvvəlcə Buxarestdə Heydər Əliyev parkına gələrək burda ümummilli liderin abidəsi önünə çiçəklər düzərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər. Rəsmi açılış mərasimində "Odlar Yurdu" Diaspora təşkilatının sədri İlham Nağıyev belə turnirin əvvəlki illərdə də Avropanın müxtəlif ölkələrində keçirildiyini bildirib. Artıq bu ölkələrin sırasına Rumıniya da qoşulub. Təşkilat sədrinin fikrincə, 2008-ci ildən etibarən hər il keçirilən turnir Buxarestdə və digər şəhərlərdə Azərbaycanla bağlı təbliğat işinin güclənməsinə böyük təsir edir. 

ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov ümummilli lider Heydər Əliyevin Azərbaycan-Rumıniya münasibətlərinin formalaşması və inkişaf etdirilməsi sahəsində gördüyü işlərdən danışıb. Qonaqlar belə yarışların Rumıniyada təhsil alan azərbaycanlı tələbələrlə digər rumın gənclər arasında münasibətlərin gücləndirilməsi və onlarda Azərbaycanla bağlı ətraflı biliyin formalaşmasında mühüm əhəmiyyət daşıyacağını bildiriblər.

Bundan sonra oyuna start verilib. Yarışda Rumıniya peşəkar futbol liqasında təmsil olunan komandaların gənc futbolçularından ibarət 8 komanda iştirak edib”-deyə, təşkilatdan bildiriblər.

Təşkilatdan onu da bildiriblər ki, Turnirin sonunda qalib komandalar müxtəlif hədiyyələr, fəxri fərmanlar, medallar və kubokla təltif olunublar. Digər komandaların oyunçularına da "Odlar Yurdu" Diaspora Təşkilatı və Neft Şirkətinin Rumıniya nümayəndəliyi tərəfindən hazırlanan Azərbaycanla bağlı əyani vəsaitlər təqdim olunub. 

Xatırladaq ki, "Odlar Yurdu" Diaspora Təşkilatı tərəfindən "Heydar Aliyev CUP" futbol turniri may ayının 11-də Çexiyada, may ayının 12-də Avstriyada və may ayının 13-də Böyük Britaniyada keçiriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az