Rus ordusu daha bir döyüş təyyarəsini itirdi – Ukraynada son durum
Ukrayna ordusu Çerniqovda rus ordusunun daha bir "Su-34” bombardmançı təyyarəsini vurub.
Miq.Az xəbər verir ki, bu barədə Ukraynanın Severski Briqadası məlumat yayıb.
"Hava Hücumundan Müdafiə Qoşunları düşmən təyyarəsini zərərsizləşdirib. İşğalçı ordunun daha bir "Su-34”-ü artıq dinc əhaliyə zərər verə bilməyəcək. Müdafiəçilərinizə inanın”, - açıqlamada qeyd edilib.
Ukrayna qüvvələri dünən də Çerniqovda rusların bir ədəd "Su-34” qırıcısını vurmuşdu. Beləliklə, rus ordusunun Ukraynada itirdiyi döyüş təyyarələrinin sayı 59-a çatıb.
"Su-34” Rusiya silahlı qüvvələrinin ən güclü döyüş təyyarələrindən biri hesab olunur.
Miq.Az