Rus ordusunun 7 istiqamətdə hücumu dəf edildi – Ağır itkilərlə geri çəkildi

Rus ordusunun 7 istiqamətdə hücumu dəf edildi – Ağır itkilərlə geri çəkildi

Ukrayna hərbi qüvvələri Baxmut və Novopavlovsk istiqamətində Rusiya qoşunlarının hücumlarını dəf edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukrayna ordusu Nikolayevka yaxınlığında Rusiya qoşunlarının hücumunu dayandırıb. Geri çəkilən ruslar ağır itki veriblər, amma hücumu davam etdirmək üçün qüvvələrini yenidən qruplaşdırdıqları bildirilib.

Bundan başqa, Rusiya qoşunları Zolote-3, Novoluqansk, Berestov yaşayış məntəqələrinə hücum əməliyyatları keçirib. Amma itki verərək əvvəllər tutduğu mövqelərə geri çəkilib.

Rusiya ordusunun Vrubivka yaxınlığında hücum əməliyyatı apardığı vurğulanıb.

Ukrayna müdafiə qüvvələri Novopavlovsk istiqamətində Şevçenko kəndi yaxınlığında rusların hücumunu dəf ediblər. İtki verən rus qoşunları geri çəkilməyə məcbur olublar.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az