Rus ordusunun Xarkova hücumu dayandırıldı – Milli Qvardiya

Rus ordusunun Xarkova hücumu dayandırıldı – Milli Qvardiya

Ukrayna müdafiə qüvvələri Xarkov ətrafında Rusiya ordusunun hücumunun qarşısını alıb.

Miq.Az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın müdafiəçiləri Xarkov ətrafında düşmənin hücumlarını dayandırır”, - məlumatda deyilib.

Rusiya Prezidenti Vladimir Putin fevralın 24-də Ukraynaya müharibə elan edib və bundan sonra rus ordusunun irimiqyaslı işğalı başlayıb.

Rusiya qoşunları artilleriya, reaktiv qumbaraatan və ballistik raketlərdən istifadə etməklə Ukraynanın şəhər və qəsəbələrinin yaşayış məntəqələrini kütləvi atəşə tutur.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az