Rus tankları Ermənistana ÖLÜM və MÜHARİBƏ gətirir-Müharibə hər an başlaya bilər

Rus tankları Ermənistana ÖLÜM və MÜHARİBƏ gətirir-Müharibə hər an başlaya bilər

Rusiyadan Ermənistana Qarabağ üçün tank hədiyyəsi 

Ermənistana Rusiya istehsalı olan müasir T-90S tankı göndərilib.
 
Sözügedən tankı erməni hərbi qulluqçuları "Tank biatlon-2014" beynəlxalq yarışında mükafat kimi qazanıblar.
 
Tank 2015-ci ilin dekabrında istehsal edilib. T-90S tankı Ermənistanın Silahlı Qüvvələrinə təhvil verilib. Ermənilər Rusiyanın bu hədiyyəsindən çox gümanki Qarabağda istifadə edəcək. Ötən gün Yerevana gətirilən tanka Ermənistanda böyük maraq yaranıb.
 
Qeyd edək ki, sözügedən T-90S tanklarından Azərbaycanın Silahlı Qüvvələrinin arsenalında 200-dən çoxdur. Bu texnika Rusiyanın «Uralvaqonzavod» Elmi İstehsalat Müəssisəsi tərəfindən istehsal edilir. T-90S tanklarının məxsus olduğu Tank Əleyhinə İdarə olunan Raket (TƏİR) kompleksi 5 km. uzaqlıqda olan düşmənin istənilən tip zirehli texnikasını 100 faiz dəqiqliklə məhv etmək imkanı verir. T-90S-in malik olduğu avromatik dolub-boşalan 2А46М-5 topu TƏİR raketlərindən başqa zirehdeşən, beton istehkamları dağıdan və s. xüsüsiyyətə malik müsair mərmilər ata bilir.
 
Gecə-gündüz görüntüsünə malik optik lazer-nişangah tank hərəkətdə olarkən belə hədəfi nişan almaq və ya nişangahı hədəf üzərində saxlamaq imkanı yaradır. Tank üzərində quraşdırılan "Kord” pulemyotu isə hava hədəflərinin məhv edilməsində kifayət qədər ciddi silahdır. 

Əslində Ermənistan ictimaiyyəti də anlamağa başlayıb ki, Rusiyanın Yererevana göndərdiyi bütün silahlar, eləcə də bu günlərdə göndərdiyi T-90S tankları düşmən ölkəyə yalnız bir şey gəririr-ÖLÜM!!!
Ermənilər bu tankların gecə-gündüz görüntüsünə malik optik lazer-nişangahından bədbəxt olmuş talelərinə, iqtisadiyyatlarına baxsalar daha yaxşı olar, nəinki özgə torpaqlarına...
[video=http:// ]
 Müharibənin miqyası genişlənir - Yaylım atəşli reaktiv sistemlər işə düşdü

 "Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsindədir və nazirliyin əməkdaşları cəbhənin Ağdam istiqamətinə dəymiş ziyanla bağlı evlərə baxış keçiriblər".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

V.Dərgahlının sözlərinə görə, son üç sutka ərzində erməni tərəfi atəşkəs rejimini ağır artilleriya qurğuları ilə pozaraq, yaşayış məntəqələrini və mülkü şəxsləri atəşə tutur: "Bu, Ermənistanın siyasi rəhbərliyinin Azərbaycana qarşı apardığı təxribat xarakterli siyasətini açıq-aydın göstərir. Ermənilər qadağan olunmuş silahlardan da istifadə edirlər ki, həmin mərmilərin beynəlxalq konvensiyalar tərəfindən istifadə olunmaması göstərilib. Ermənilər isə öz barbarlığını göstərərək, bu silahlar vasitəsilə yaşayış məntəqələrini atəşə tuturlar. Atəşkəsin pozulması əsasən gecə saatlarında olur. İriçaplı silahlardan, minaatanlardan, D-20 və D-30 haubitsalarından istifadə olunmaqla yaşayış məntəqələri atəşə tutulur".

MN rəsmisi əlavə edib ki, ermənilər ilk dəfə BM-21 yaylım atəşli reaktiv sistemlərindən atəş açmağa da başlayıblar: "Ermənilər bu silahlardan istifadə etməklə bütün beynəlxalq hüquq normalarını pozur. Bunun məsuliyyətini Ermənistanın hərbi və siyasi rəhbərliyi daşıyır".
 

"Dağlıq Qarabağ münaqişəsi istənilən an qızışa bilər” 

ABŞ kəşfiyyatının kölgəsi kimi tanınan "Stratfor” Qlobal Analitik Mərkəzinin təhlilçiləri də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozlarını açıqlayıblar.

Təhlilçilər yazır ki, münaqişə bölgəsindəki son hadisələr göstərir ki, vəziyyət hər an gərginləşə bilər.

"Cəbhə xəttində son 20 ilin ən böyük toqquşmalarından 3 həftəyə yaxın bir müddət keçir. Atışma səngisə də siyasi bəyanataların verilməsi davam edir. Rusiya, Türkiyə, eləcə də Qərb münaqişənin həlli ilə bağlı diplomatik səyləri gücləndirir”.

"Stratfor” analitikləri son həftələr ərzində bölgəyə səfər edənlərdən, Rusiya və Türkiyənin bəyanatlarından da yazırlar. 

"Azərbaycan gərginliyi müvəqqəti artırdı, ancaq daha böyük müharibəyə çevrilməsinə imkan vermədi. Bu strategiya Bakının geniş strateji maraqlarına xidmət edir – böyük regional oyunçuların diqqətini çəkməklə münaqişənin danışıqlar yoluyla həlli perspektivini gücləndirdi. Bununla Bakı siyasi baxımdan status-kvonu uğurla sınağa çəkdi”, – deyə qeyd edirlər.

 "Münaqişənin həllində nüfuza sahib olan regional oyunçular tərəflərə sülh danışıqlarına görə təzyiq göstərəcək. Ancaq yaxın perspektivdə münaqişənin hətta qismən həlli mümkün görünmür. Çünki sazişi əngəlləmək istəyən maraqlı tərəflər var. Dağlıq Qarabağda münaqişənin qızışması ehtimalı qalacaq ki, bunun da təsiri bu kiçik mübahisəli ərazinin sərhədlərini xeyli aşır. Belə məqamda Dağlıq Qarabağ münaqişəsi istənilən an qızışa bilər”-deyə "Stratfor” analitikləri qeyd ediblər...
 
Miq.az
 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az