Rusiya bu günahı üzərindən atmağa çalışır - ABŞ

Rusiya bu günahı üzərindən atmağa çalışır - ABŞ

Rusiya bütün diqqətini Minsk razılaşmalarındakı öhdəliklərini yerinə yetirməyə yönəltməli və Ukraynanın şərqindəki təcavüzün günahını üzərindən atmamalıdır.

Miq.Az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın ATƏT-dəki nümayəndəsi Kortni Ostrian çıxış edib.

"Rusiya rəsmiləri tez-tez Ukrayna tərəfinin öz öhdəliklərini yerinə yetirmək üçün göstərdiyi güclü səylərə və irəliləyişə baxmayaraq, Ukraynanın Minsk razılaşmalarından geri çəkilməyə çalışdığına işarə edirlər. Günahı açıq şəkildə üzərindən atmaqdansa, Rusiya öz öhdəliklərinə diqqət yetirməlidir", - Ostrian qeyd edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az