"Rusiya bu tarixdə Ukraynanı işğal edəcək" - Bayden


ABŞ prezidenti Co Bayden Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyi barədə xəbərdarlıq edib.

Miq.Az "BBC"yə istinadən xəbər verir ki, bu  barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Emily Horne məlumat yayıb. Onun sözlərinə görə,  Bayden bunu Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında deyib. 

"Rusiyanın gələn ay Ukraynanı işğal edə biləcəyi açıq bir ehtimal var", - deyə  Bayden  Zelenskiyə xəbərdarlıq edib. 

Emily Horne  digər  tərəfdən KİV-ə  açıqlamasında, "Prezident bunu çox açıq şəkildə ifadə etdi" , - deyə qeyd edib. 

Gülayə Mecid 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az