Rusiya hərbçiləri Xocavənddəki torpaqlarımızı əkdirməyə başladı...-FOTOLAR

Rusiya hərbçiləri Xocavənddəki torpaqlarımızı əkdirməyə başladı...-FOTOLAR

"Artıq Rusiya MN saytının sülhməramlı(?) kontingentin fəaliyyətinə aid  altbölümləri fəaliyyətə başlayıb. Amma...”
 
Dünən – martın 1-də xəbər verdiyimiz kimi, Rusiya ordusunun  Ukraynaya təcavüzü başlayan günlərdən ölkə Müdafiə Nazirliyinin rəsmi saytında Azərbaycandakı sülhməramlı(?) kontingentin fəaliyyətinə aid bölmə, demək olar ki, fəaliyyətini dayandırıb və  "xəbərlər”, eləcə də xəritələrlə bağlı altbölüm çalışmır.
Moderator.az-ın bu günkü araşdırmasından isə bəlli olub ki, artıq Rusiya MN saytının sözügedən altbölümləri fəaliyyətə başlayıb. Lakin xəritələr-infoqrafika bölümündə yenilik edilərək martın 1-ə dair xəritə yerləşdirilsə də, xəbərlər bölümündə sonuncu xəbər fevralın 24-ə aid olaraq qalır. 
 
Əvəzində Rusiya "sülhməramlı” kontingentinin teleqram-kanalı  martın 1-ə aid yeni xəbər təqdim edib.
 
"Rusiya sülhməramlıları Qarabağın Qarakənd kəndində kənd təsərrüfatı işlərinin təhlükəsizliyini təmin ediblər. Martuni(Xocavənd-S.L.) rayonunun administrasiyası Rusiya sülhməramlı kontingentinin komandanlığına işin təhlükəsizliyinin təmin edilməsində kömək üçün müraciət edib. Çünki bu kənd təsərrüfatı torpaqları tərəflərin təmas xəttində yerləşir”, - məlumatda belə deyilir.
 
Xatırladaq ki, 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun sözügedən Qarakənd kəndində baş vermiş terror aktı nəticəsində Azərbaycan Respublikasının yenicə müstəqilliyini bərpa etmiş dövlətinin rəhbər xadimləri və ziyalıları şəhid olub.
 
P.S....
 
Sultan Laçın



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az