Rusiya hücum mövqeyində: Sərhədlər ələ keçirildi – Şok açıqlama

Rusiya hücum mövqeyində: Sərhədlər ələ keçirildi – Şok açıqlama

"Əfqanıstan-Tacikistan sərhədində gərginlik kəskin şəkildə artıb, sərhədlərin üçdə ikisinə nəzarət Taliban tərəfindən ələ keçirilib”.

Miq.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

"Son vaxtlar Əfqanıstan-Tacikistan sərhədində gərginliyin kəskin artdığını müşahidə edirik. Taliban hərəkatı sərhəd bölgələrinin əksəriyyətini sürətlə ələ keçirib və hazırda ölkə sərhədlərinin üçdə ikisinə nəzarət edir”, - Zaxarova bildirib.

Rusiya Əfqanıstandakı tərəfləri təmkinli olmağa və gərginliyi ölkə xaricinə daşımamağa çağırır.

Zaxarova görə, Rusiya Federasiyası lazım gələrsə, Tacikistan və Əfqanıstan sərhədində ərazi təxribatlarının qarşısını almaq üçün bütün tədbirləri görəcək.(teleqraf.com)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az