Rusiya kəşfiyyatçıları Ermənistanda döyüşə başladı (FOTO)

Rusiya kəşfiyyatçıları Ermənistanda döyüşə başladı (FOTO)

Yüzlərlə kəşfiyyatçının iştirak etdiyi təlimlər 1500 metr yüksəklikdə keçirilir

Rusiyanın Ermənistandakı hərbi bazasının 600-dən çox kəşfiyyatçısı "Kamxud” poliqonunda xüsusi-taktiki təlimlərə başlayıb.

Bildirilir ki, təlimlər 1500 metr yüksəklikdə keçirilir.

İstiPress xəbər verir ki, bu barədə Rusiyanın Cənub hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

"Təlimlər iki mərhələdə həyata keçirləcək. Kəşfiyyatçılar çətin iqlim şəraitində dağlıq ərazilərdə qruplar halında təlim keçirlər. Qış aylarına uyğun kampfluyaj olmaq və mümkün pusqulara qarşı tədbilər görmək təlimlərdə öyrədilir”, - deyə məlumatda qeyd olunur.

Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Gümrü şəhərində yerləşir. Burada MDB-nin Birləşmiş havadan müdafiə sistemləri çərçivəsində döyüş növbəsi çəkilir.

Rusiya və Ermənistan 2010-cu ilin 20 avqustunda hərbi bazanın istifadə müddətinin 2044-cü ilə qədər uzadılması barədə razılığa gəliblər. Protokolda həmçinin bazanın coğrafi və strateji məsuliyyətinin artırılması da nəzərdə tutulub.

102-ci hərbi bazada S-300V Zenit Raket Kompleksləri, Buk-M1-2 raketləri, MiQ-29 qırıcıları, Mi-8MT nəqliyyat helikopterləri və Mi-24P zirehli döyüş helikopterləri mövcuddur.

 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az