Rusiya Novorossiysk limanına 400 mln. dollar investisiya ayırıb

Rusiya Novorossiysk limanına 400 mln. dollar investisiya ayırıb
Rusiya Qara dənizdə yerləşən Novorossiysk limanının genişləndirilməsi məqsədilə 400 mln. dollar dəyərində investisiya qoyub.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bu barədə "Fort Lauderdale"nin dənizçilik administrasiyası məlumat yayıb.

Məlumata görə, 2020-ci ildən etibarən ayrılmış 400 mln. dollara 10 min 20 futluq (TEU) konteynerin yerləşəcəyi gəmi tərsanəsi inşa ediləcək. Bununla da Rusiya dünyanın ən böyük limanları ilə rəqabət aparmaq və limana gələn konteynerlərin həcmini 15% artırmaq niyyətindədir.

Qeyd edək ki, ölkənin ikinci ən böyük limanı olan Novorossiysk limanındakı tərsanədə hazırda 6 minə qədər TEU-nu eyni anda yerləşdirmək olur və layihə reallaşandan sonra isə bu rəqəm 10 minə çatacaq.

Rusiya hökuməti limana dəmiryolu xəttinin və yol qovşaqlarının çəkiləcəyinə, həmçinin Ukraynanın "Yujniy" və "İlliçevsk" limanlarındakı gəmilərinin yönələcəyinə ümid edir.

Xatırladaq ki, neftin qiymətinin və rublun ucuzlaşması, həmçinin sanksiyalara görə bu il bu limanın ötürücülük qabiliyyəti 9% aşağı düşmüşdü.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az