Rusiya ordusunda xidmət edən azərbaycanlı zabit həlak olub

Rusiya ordusunda xidmət edən azərbaycanlı zabit həlak olub

Rusiya ordusunda xidmət edən azərbaycanlı zabit çayda boğularaq həlak olub. 

Bədbəxt hadisə iyul ayının 18-i Rusiya Federasiyasının Cənubi Saxalin vilayətində baş verib. Belə ki, Rusiya silahlı qüvvələrinin baş leytenantı, 1997-ci il təvəllüdlü İlkin Rövşən oğlu Həsənov zabit yoldaşları ilə çayda çimərkən güclü axına düşür və özünü xilas edə bilmir. Onun nəəşi dalğıclar tərəfindən bir gün sonra tapılaraq tibbi ekspertizaya təhvil verilib. 

Həlak olan zabitin cənazəsinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi və ata yurdu Masallı rayonunda dəfn ediləcəyi qohumları tərəfindən bildirilib. 

Xatırladaq ki, İ.Həsənov Rusiyada doğulub. O, ali hərbi təhsilini Moskvada aldıqdan sonra Rusiya silahlı qüvvələri sıralarında xidmətə başlayıb. 

Allah rəhmət eləsin!
 
Elgün Gəncimsoy








İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az