Rusiya Paşinyana seçkiqabağı hansı “hədiyyə”ni hazırlayır?.. - “Qraparak”
"Ruslar müstəqillik nümayiş etdirməsi və Qafqazdakı vəziyyəti təkbaşına dəyişdirmək cəhdinə görə Paşinyanı cəzalandırmaq üçün bir plan qurublar. Öncə, AŞPA qətnaməsindən və Baydenin açıqlamasından sonra Rusiyanın vasitəçiliyi olmadan neçə əsir qaytara biləcəyini gözləməyə qərar veriblər”.
Moderator.az xəbər verir ki, bunu qəsbkar ölkənin "Qraparak” qəzeti yazır.
"Ruslar da ciddi kompromat materiallar toplayıb və seçkilərə az qalmış bunları dərc edərək Paşinyana "hədiyyə” edəcəklər. Bunların Ermənistan Baş nazirinin öz xalqının arxasında yavaş və hiss edilmədən daha nələr vəd etdiyinə dair sənədlər olduğunu söyləyirlər.
Rusiyadakı mənbələrimiz qarşıdakı seçkilərin "Paşinyan olmadan” keçiriləcəyinə də işarə edirlər. O halda onun tərəfdarlarında kim seçkilərdə iştirak edəcək? Bir sözlə, "müttəfiqimiz" Rusiya daxili siyasi proseslərə birbaşa müdaxilə etməsə də, erməni seçicilərinin gözlərini açmaq üçün böyük planları var” – deyə erməni nəşri yazır.
Sultan Laçın