Rusiya prezidenti Vladimir Putin üzr istədi

Rusiya prezidenti Vladimir Putin üzr istədi
Rusiya prezidenti Vladimir Putinin canlı yayım zamanı səsləndirdiyi səhv fikir Almaniyada narazılıqla qarşılanıb.   

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, "Panama qeydləri" ilə bağlı sualı cavablandırarkən, Putin Almaniyanın "Sueddeutsche Zeitung" qəzetini səhvən Amerikanın "Goldman Sachs" şirkətinə məxsus nəşr kimi təqdim edib.  O sənədlərin Amerikanın "Sueddeutsche Zeitung" qəzetində dərc olunduğu fikrini səsləndirib. Hadisədən dərhal sonra Kreml "Sueddeutsche Zeitung" qəzetindən rəsmi formada üzr istəyib. 

Bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az